KİV: Ukrayna Çexiyanın təşəbbüsü ilə 4,4 milyon sursat alıb


  • 14:39

Ukrayna, Qərb ölkələri hesabına üçüncü ölkələrdə alınan sursatların Çexiya təşəbbüsü çərçivəsində təchiz edilməsi ilə təxminən 4,4 milyon iriçaplı sursat alıb.

E-huquq.az xəbər verir ki, bu barədə “ČTK” agentliyi məlumat yayıb.

Bildirilib ki, 2024-cü ildə Ukrayna təşəbbüs çərçivəsində 1,5 milyon sursat, 2025-ci ildə isə 1,8 milyon iriçaplı sursat alıb.

Təşəbbüsə 20-yə yaxın ölkə qoşulub. Ümumilikdə ölkələr 100 milyard kron (təxminən 4,6 milyard dollar) toplayıblar. Agentliyin məlumatına görə, Çexiya üç milyard krondan (təxminən 140 milyon dollar) çox olmayan töhfə verib. Çexiya təşəbbüsün həyata keçirilməsində ilk növbədə Danimarka və Hollandiya ilə əməkdaşlıq edir.

Humay Eminqızı

Oxşar xəbərlər