- 16:41
Macarıstan və ABŞ mülki nüvə enerjisi sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalayıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, sənəd Macarıstanın paytaxtı Budapeştdə ölkənin xarici işlər naziri Peter Siyarto və ABŞ-nin dövlət katibi Marko Rubio tərəfindən aparılan danışıqlardan sonra imzalanıb.
Hökumətlərarası saziş iki ölkə arasında nüvə enerjisi sahəsində əməkdaşlığı daha yüksək səviyyəyə çıxarır və bunun üçün siyasi zəmin yaradır.
Memorandum, xüsusilə, Macarıstanın Rusiyadan alınan nüvə yanacağına əlavə olaraq, “Westinghouse” şirkətindən Paks Atom Elektrik Stansiyası üçün Amerika nüvə yanacağı almasını nəzərdə tutur.
Üç-dörd ildən sonra başlaya biləcək tədarüklərin dəyəri təxminən 114 milyon dollar olacaq.
Razılaşmaya uyğun olaraq, tərəflər həmçinin Macarıstanda Amerikanın texnologiyalarına əsaslanan kiçik modul reaktorların istehsalı üçün beynəlxalq mərkəz yaratmağı planlaşdırırlar. Macarıstan hökuməti, ümumi dəyəri 20 milyard dollaradək olan 10 kiçik modul reaktorun yaradılmasını dəstəkləməyə hazırdır.
Bundan əlavə, Paks zavodundan işlənmiş nüvə yanacağının saxlanması üçün anbarın tikintisi üçün Amerika texnologiyasının tətbiqi planlaşdırılır. Dəyəri 200 milyon dollardır.
Humay Eminqızı