Lukaşenko Putinlə Belarusun Sülh Şurasında iştirakını müzakirə etmək istəyir


  • 15:53

Belarus prezidenti Aleksandr Lukaşenko respublikanın Sülh Şurasında iştirakını Rusiya lideri Vladimir Putinlə müzakirə etmək niyyətində olduğunu bəyan edib.

E-huquq.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Bu məsələni mütləq Prezident Putinlə müzakirə edəcəyik. Ola bilsin, bunu Ali Dövlət Şurası çərçivəsində edək. Bu məsələni mütləq gündəmə gətirəcəyik. Biz mövqelərimizi, baxışlarımızı müqayisə edəcəyik. Ola bilər ki, Vladimir Vladimiroviçin arqumentləri ilə əlaqədar olaraq mənim mövqeyimdə nəsə dəyişər. Ola bilsin, o, məndən özünə yeni bir şey eşidər. Amma bu məsələyə mütləq toxunacağıq”, - Lukaşenko bildirib.

Humay Eminqızı

Oxşar xəbərlər