"Avropa ABŞ-nin nüvə qalxanı olmadan özünü müdafiə etmək iqtidarında deyil" - Almaniya XİN


  • 16:16

"Avropa Amerikanın nüvə qalxanı olmadan özünü müdafiə etmək iqtidarında deyil".

E-huquq.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadefu deyib.

“Əzmkar şəkildə gözləyirəm ki, biz bu müzakirələri dayandıracağıq, NATO alyansını və onun birliyini şübhə altına almağı dayandıracağıq. Vaşinqtonda heç kəs bunu şübhə altına almır. ABŞ-nin nüvə qalxanı olmadan biz müdafiə qabiliyyətinə malik deyilik. Bu, tamamilə reallıqdır", - deyə nazir “Deutschlandfunk” radiosuna verdiyi müsahibədə bildirib.

O, ABŞ-nin tədricən alyansdan ayrıldığı barədə fikirlə razılaşmayıb.

Nazir qeyd edib ki, Avropa müdafiə xərclərini ÜDM-nin 5%-ə qədər artırmaq barədə öhdəliyi yerinə yetirməyə fokuslanmalıdır.

Humay Eminqızı

Oxşar xəbərlər