Məzmuna keç

Ukraynada terror aktı olub

Ukraynanın Odessa şəhərində terror aktı baş verib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Odessanın Kiyev rayonunda avtomobil partlayıb.

Partlayış yerli vaxtla səhər 8:49 radələrində Akademik Korolyov küçəsində baş verib.

Hadisə nəticəsində 56 yaşlı kişi xəsarət alıb.

Ukrayna Təhlükəsizlik Xidməti avtomobilin partlamasını terror aktı kimi qiymətləndirib.

Faktla bağlı cinayət işi açılıb.

Humay Eminqızı