"Crocus" terrorunda təqsirləndirilən 19 nəfərdən 15-i üçün ömürlük həbs cəzası istənildi


  • 20:31

Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert kompleskində törədilən terror aktında təqsirləndirilən 19 nəfərdən 15-i üçün ömürlük həbs cəzası istənilib.

E-huquq.az xəbər verir ki, məhkəmə prosesi 2-ci Qərb Dairə Hərbi Məhkəməsində keçirilib.

Təqsirləndirilən şəxslər terror fəaliyyətinə hazırlıq, qanunsuz silah ticarəti, terror təşkilatında iştirak və terror aktı törətməkdə ittiham olunurlar.

İttiham tərəfi hesab edirki, terror hücumu törədənlər Şəmsiddin Fariduni, Dalercon Mirzoyev, Səidakram Racabalizoda və Muhammadsobir Fayzovdur.

Rusiya KİV-nin yazdığıma görə, Racabalizoda istisna olmaqla, digər təqsirləndirilənlərin hamısı günahlarını etiraf ediblər. O, terrorçu olduğunu inkar edib və "cihad etdiyini" bildirib.

Qeyd edək ki, “Crocus City Hall”da terror aktı 22 mart 2024-cü ildə baş verib. Hücum kütləvi atışma və partlayışlarla müşayiət olunub. Hücum edənlər konsert salonunda dinc insanlara atəş açıb, zalı yandırıb, sonra isə binanı tərk edərək avtomobillə qaçıblar.

Hücumu dörd silahlı şəxs həyata keçirib, onların hamısı Rusiya hüquq-mühafizə orqanları tərəfindən tutulub və istintaqa cəlb olunub. Məhkəmə “Crocus City Hall”da törədilən terror aktı ilə bağlı 19 nəfərin həbsi barədə qərar verib.

Oxşar xəbərlər