Türkiyənin 8 vilayətində FETÖ-yə qarşı əməliyyat keçirildi - Saxlanılanlar var


  • 11:35

Türkiyənin 8 vilayətində FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu və Polis İdarəsi tərəfindən terror təşkilatının üzvləri ilə bağlı araşdırma aparılıb.

Şübhəlilərin tutulması üçün İstanbul, Ankara, Elazığ, Ərzincan, Qaziantep, Kastamonu, Kayseri və Samsunda 20 ünvanda eyni vaxtda əməliyyat keçirilib.

Əməliyyat zamanı 18 nəfər saxlanılıb.

Ünvanlarda aparılan axtarışlar zamanı təşkilati sənədlər və əşyalar ələ keçirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər