- 12:52
Türkiyənin Hatay vilayətində kosmetika mağazasının 3 filialından ümumilikdə 1,2 milyon türk lirəsi dəyərində məhsul oğurlanıb.
E-huquq.az-ın "TRT Haber"ə istinadən verdiyi məlumata görə, mağaza sahibinin şikayətindən sonra təhlükəsizlik kameraları görüntüləri araşdırılıb və oğurluqların eyni şəxslər tərəfindən törədildiyi müəyyən edilib.
Araşdırma nəticəsində şübhəlilərin A.K., həyat yoldaşı E.K. və qızları E.S.D. olduğu müəyyən edilib.
Polisin keçirdiyi əməliyyat zamanı 3 nəfər saxlanılıb.
Ailənin yaşadığı evdə mağazalardan oğurlandığı ehtimal edilən, bazar dəyəri təxminən 1,2 milyon türk lirəsi olan çoxlu sayda şampun, krem, dezodorant və makiyaj məhsulları aşkar edilib.
Şübhəlilərdən 2-si həbs edilib, biri isə şərti azadlığa buraxılıb.
Şəbnəm Mehdizadə