- 12:52
İngiltərədə 16 yaşdan kiçik şəxslərin sosial mediadan istifadəsini məhdudlaşdırmaq üçün tədbirlər görüləcək.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İngiltərənin Baş naziri Kir Starmer məlumat verib.
Baş nazir Londondakı icma mərkəzində çıxış edərkən 16 yaşdan aşağı uşaqlar üçün sosial mediadan istifadənin qadağan edilməsi və ya məhdudlaşdırılması barədə planlarını açıqlayıb.
O, AI çatbotlarının uşaqlar üçün risklər yaratdığını da qeyd edib və bu sahədə tədbir görəcəklərini bildirib.
"Mövcud qaydalar uşaqları sosial emdianın zərərli təsirlərindən qorumağa kifayət etmir və bu istiqamətdə addımlar atmalıyıq" - deyə o bildirib.
Qeyd edək ki, İngiltərə hökuməti Avstraliyanın oxşar təcrübəsindən faydalanaraq sosial mediada məhdudiyyət tətbiq etməyi planlaşdırır.
Şəbnəm Mehdizadə