- 12:32
Pakistanın Hayber Paxtunxva əyalətində bomba yüklü avtomobillə təhlükəsizlik qüvvələrinə hücum edilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə, Pakistanın Əfqanıstanla sərhədində yerləşən Bacaur bölgəsində baş verib. Hücum nəticəsində 10 nəfər həlak olub, bəzi təhlükəsizlik işçiləri isə dağıntılar altında qalıb.
Hücum zamanı təhlükəsizlik qüvvələrinin nəzarət-buraxılış məntəqəsi tamamilə dağılıb.
Hadisə yerində axtarış və xilasetmə əməliyyatları davam edir. Lakin hücumu kimlərin həyata keçirdiyi barədə hələlik heç bir məlumat yoxdur.
Əməliyyatlar davam edir və əraziyə əlavə qüvvələr göndərilib.
Təcili yardım və təcili xilasetmə qrupları həlak olanların və yaralıların sayını dəqiqləşdirməyə çalışır.
Şəbnəm Mehdizadə