- 17:01
Türkiyənin İstanbul və Adana şəhərlərində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə araşdırma aparıb.
Araşdırma zamanı şübhəli A.B.-nin sosial media hesabı vasitəsilə terrorçuluğu təbliğ etdiyi məlum olub. Daha sonra şübhəlinin İraq və Suriyada fəaliyyət göstərən və düşərgələrdə, həbsxanalarda əsir saxlanılan terror təşkilatı üzvlərinə yardım göstərdiyi məlum olub.
Onun və əlaqə saxladığı digər 12 şübhəlinin tutulması üçün İstanbul və Adanada eyni vaxtda əməliyyat keçirilib.
Əməliyyat zamanı şübhəlilərin hamısı saxlanılıb.
Ünvanlarda axtarışlar zamanı başda təşkilati sənədlər ələ keçirilib.
Şəbnəm Mehdizadə