Seneqalda Sahara səhrasından gələn toz havanın çirklənməsinə səbəb olub


  • 15:59

Seneqalda Sahara səhrasından gələn sıx toz buludları havanın çirklənməsinə səbəb olub.

E-hquuq.az xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Dakarın hava keyfiyyəti təhlükəli səviyyəyə çatıb.

Şəhərdə görmə məsafəsi bəzi ərazilərdə 500 metrə qədər düşüb.

Havanın çirkliliyi, xüsusən yaşlılar, uşaqlar və xroniki xəstələr üçün ciddi risk yaradır.

Hava Keyfiyyəti İndeksi (AQI) 400-ü keçib və PM2.5 hissəciklərinin səviyyəsi 166 mikroqram/kubmetr olub.

Sənaye tullantıları, köhnə nəqliyyat vasitələri və Sahara səhrasından gələn toz Dakarın Afrikanın ən çirkli paytaxtlarından biri olmasına səbəb olub. Sahara tozu, Qərbi Afrika sahillərinə daşınaraq bölgənin hava keyfiyyətinə mənfi təsir göstərir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər