- 17:01
Avropa Parlamentinin millət vəkilləri və işçi heyətinin istifadə etdiyi cihazlarda süni intellekt xüsusiyyətləri deaktiv edilib.
E-huquq.az "Politico"-ya istinadən xəbər verir ki, Avropa Parlamentinin İT bölməsi süni intellektə malik cihazların kibertəhlükəsizlik və məlumatların təhlükəsizliyini təmin edə bilməyəcəyinə qərar verib.
Araşdırma nəticəsində müəyyən edilib ki, süni intellekt bəzi tapşırıqları yerinə yetirmək üçün bulud xidmətlərindən istifadə edir və məlumatları cihazdan kənara göndərir. Bu səbəbdən qurum işçilərinin və üzvlərinin istifadə etdiyi cihazlardakı AI xüsusiyyətlərini deaktiv edib.
Bundan əlavə, Avropa Parlamenti millət vəkillərinə də işlə bağlı cihazlarında oxşar tədbirlər görməyi tövsiyə edib.
Qeyd edək ki, Avropa Birliyi (AB) son illərdə məlumat təhlükəsizliyi siyasətlərini daha da gücləndirib.
Şəbnəm Mehdizadə