Yatmazdan əvvəl yemək yeməməyin ürəyin sağlamlığına müsbət təsiri var


  • 17:01

ABŞ-də aparılan araşdırmalara görə, yatmazdan əvvəlki 3 saat ərzində yemək yeməməyin ürək sağlamlığı və metabolizmə müsbət təsiri var.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-da Northwestern Medicine tərəfindən aparılan araşdırmada son yeməyin vaxtının ürək və maddələr mübadiləsinə təsiri araşdırılıb. Tədqiqatda iştirak edən birinci qrup yatmazdan ən az üç saat əvvəl yemək yeməyi dayandırıb və 13-16 saatlıq gecə orucu tutub.

Tədqiqatda iştirak edən ikinci qrup isə 11-13 saatlıq gecə orucu tutub.

Araşdırma zamanı məlum olub ki, son yeməyini daha əvvəl yeyən şəxslərdə gecə qan təzyiqi və ürək döyüntüs əhəmiyyətli dərəcədə azalıb, an şəkərinin səviyyəsini yaxşılaşıb.

Araşdırmada bədənin bioloji saatı kimi tanınan sirkadiyalı ritmin maddələr mübadiləsi və ürək funksiyası da daxil olmaqla bir çox prosesi tənzimlədiyi, metabolik sağlamlığın pozulmasının 2-ci tip diabet, yağlı qaraciyər xəstəliyi və ürək xəstəlikləri riskini artırdığı qeyd edilib.

Tədqiqatın nəticələri "Arteriosclerosis, Trombosis, and Vascular Biology" jurnalında dərc olunub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər