II Qareginin qardaşı və qardaşı oğlu ev dustaqlığına buraxıldı


  • 19:20

Katolikos II Qareginin qardaşı Qevork Nersisyan və onun oğlu Ambarsum Nersisyan ev dustaqlığına buraxılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, Qevork Nersisyan və Ambarsum Nersisyan barəsində olan həbs-qətimkan tədbiri dəyişdirilib, onlar bir milyon dram girov müqabilində 3 aylıq ev dustaqlığına buraxılıblar.

Qeyd edək ki, Qevork Nersisyan və Ambarsum Nersisyan noyabrın 3-də həbs olunublar. Onlar Vaqarşapatdakı seçkilərdə Qərbyönümlü Respublika Partiyasının seçki kampaniyasına maneçilik göstərməkdə ittiham olunurlar.

Oxşar xəbərlər