Məzmuna keç

ABŞ-də 10 xizəkçi itkin düşüb

ABŞ-nin Kaliforniya ştatında, Taho gölü yaxınlığında baş verən qar uçqunu nəticəsində 10 xizəkçi itkin düşüb.

E-huquq.az xəbər verir ki, bu barədə “NBC” telekanalı məlumat yayıb.

Bildirilib ki, daha 6 nəfər uçqunda köməksiz qalıb.

Qar uçqunu Taho gölünün şimal-qərbində, Traki şəhəri yaxınlığında yerləşən Castle Peak ərazisində baş verib.

Fevralın 17-si axşam saatlarında hadisə yerinə təxminən 46 xilasedici göndərilib. Lakin son məlumatlara əsasən, onlar hələ də hadisə yerinə çatmayıblar.

Humay Eminqızı