- 11:49
İtaliyanın Apuliya bölgəsində yerləşən və Sant'Andrea dəniz qayalarının simvolu olan məşhur "Sevgililər Tağı" (Arco degli Innamorati) 14 fevral Sevgililər Günündə, günlərlə davam edən şiddətli hava şəraitindən sonra çöküb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, illərdir evlilik təklifləri və turist fotoları üçün populyar bir məkan olan bu təbii qaya forması yerli sakinlər və hakimiyyət orqanları tərəfindən böyük kədər və təəssüflə qarşılanıb.
Melendugno şəhərinin meri Maurizio Cisternino yerli mətbuata verdiyi açıqlamada hadisəni "istənilməyən Sevgililər Günü hədiyyəsi" kimi xarakterizə edib. O, şiddətli yağış, külək və dalğaların günlərlə sahil xəttini bürüdüyünü bildirərək, "Təbiət, yaratdığı şeyi geri aldı" deyə əlavə edib. Həmçinin bu hadisənin bölgənin turizm sektoruna ağır zərbə vurduğunu vurğulayıb.
Hökumət orqanları tağın çöküşündən sonra sahil xəttinin digər əraziləri üçün xəbərdarlıqlar yayıb. Qayalıqlarda görünən çatların əmələ gəlməsini qeyd edən mütəxəssislər sahil eroziyasının getdikcə daha böyük təhlükə yaratdığını bildiriblər.
Son fırtınalar yalnız Adriatik sahillərini deyil, həm də İon dənizinin sahillərini də təsir altına alıb. Ugentodan Qallipoliyə qədər olan geniş ərazidə çimərlik tikililəri və limanlara ciddi ziyan dəyib, həmçinin kiçik qaya çökmələri də qeydə alınıb.
Bu il, Cənubi İtaliyada baş verən şiddətli hava şəraitinin ümumi ziyanın bir milyard avrodan çox olduğu təxmin edilir. Siciliyanın Niscemi şəhərindəki sürüşmə nəticəsində isə 1500-dən çox insan evlərini tərk edib. Həmçinin, infrastruktur və təbii irs elementləri, bütün bölgədə ciddi risk altındadır.
Şəbnəm Mehdizadə