- 11:49
Yeni tədqiqatlar göstərir ki, tropik xəstəliklərdən biri olan çikunqunya artıq Avropanın bir çox bölgəsində ağcaqanadlar vasitəsilə ötürülə bilər və bu, potensial olaraq bölgədə epidəmiyaya səbəb ola bilər.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, iqlim böhranı və invaziv Asiya pələng ağcaqanadlarının yayılması nəticəsində artan temperatur bu virusun İspaniya və Yunanıstan kimi cənub ölkələrində ilin altı ayından çox müddət ərzində aktiv olmasına, İngiltərənin cənub-şərqində isə iki ay davam etməsinə imkan yaradır.
Böyük Britaniya Ekologiya və Hidrologiya Mərkəzi (UKCEH) tərəfindən aparılan tədqiqat göstərir ki, çikunqunya virusunun ağcaqanadlarda inkişafını tamamlaması üçün lazım olan minimum temperatur əvvəllər təxmin ediləndən 2,5 dərəcə aşağıdır. Əvvəllər 16-18 dərəcə olaraq müəyyən edilən ötürmə həddi, yeni məlumatlarla 13-14 dərəcəyə endirilib. Bu, virusun daha geniş ərazilərə yayılacağını və daha uzun müddət təhlükə yaradacağını göstərir.
Alimlər Avropada istiləşmənin qlobal orta göstəricidən təxminən iki dəfə daha sürətli olduğunu qeyd edərək, çikunqunya xəstəliyinin şimala doğru yayılmasının artıq yalnız zaman məsələsi olduğunu vurğulayırlar. Bu dəyişiklik 2025-ci ilə qədər Fransa və İtaliyada yüzlərlə insana təsir edəcək böyük epidemiyaların meydana gələcəyini göstərir.
Fransada son 10 ildə 30-dan az olan çikunqunya halları, yalnız son bir ildə 800-dən çox artıb. Xəstəlik, xüsusilə kiçik uşaqlar və yaşlılar üçün ölümcül ola bilər, çünki yoluxmuş şəxslərin təxminən 40 faizində şiddətli oynaq ağrısı və artrit simptomları hətta 5 ildən sonra da davam edir.
Adətən, Avropanın soyuq qış ayları ağcaqanad fəaliyyətini dayandıraraq, virusun bir ildən digərinə ötürülməsinin qarşısını alır. Lakin Cənubi Avropada ağcaqanadların il boyu aktiv olması, bu təbii qorunmanın artıq yoxdurğunu göstərir.
Mütəxəssislər, durğun suyun boşaldılması, qoruyucu geyimlərin geyilməsi və effektiv nəzarət sistemlərinin qurulması barədə ciddi xəbərdarlıqlar edirlər.
Şəbnəm Mehdizadə