- 11:49
Türkiyənin Kayseri şəhərində güclü külək səbəbindən 5 mərtəbəli binanın divarı uçub.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, axşam saatlarında başlayan və tədricən güclənən külək bütün şəhəri təsiri altına alıb.
Yenidoğan rayonunda 5 mərtəbəli binanın son mərtəbəsinin divarı küləyə davam gətirə bilməyib. Güclü külək səbəbindən divar uçub və yolu nəqliyyatın hərəkətinə bağlayıb.
Hadisə zamanı xəsarət alan olmayıb. Lakin binanın altında yerləşən mağazanın və park edilmiş avtomobilin pəncərələri zədələnib.
Polis ətraf ərazidə təhlükəsizlik tədbirləri görüb.
Dağıntılar təmizləndikdən sonra yol nəqliyyatın hərəkəti üçün yenidən açılıb.

Şəbnəm Mehdizadə