- 12:11
Hakim Liberal Demokrat Partiyasının lideri Sanae Takaiçi yenidən Yaponiyanın baş naziri seçilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, parlamentin əsas aşağı palatasında səsvermə zamanı onun lehinə 354 deputat səs verib.
Yerli media mənbələrinin məlumatına görə, kabinetdə dəyişiklik nəzərdə tutulmayıb və bütün nazirlər öz vəzifələrini qoruyacaqlar.
Takaiçi bu axşam mətbuat konfransı keçirəcək və əsas siyasət yanaşmalarını açıqlayacaq.
Humay Eminqızı