Ankarada İŞİD və FETÖ ilə bağlı araşdırmalar çərçivəsində 10 nəfər saxlanıldı


  • 10:48

Türkiyənin paytaxtı Ankarada İŞİD və Fətullahçı Terror Təşkilatını (FETÖ) hədəf alan iki ayrı-ayrı araşdırmada 10 nəfər saxlanılıb.

E-huquq.ıaz türkiyə KİV-ə istinadən xəbər verir ki, Ankara Baş Prokurorluğu Terror Cinayətlərinin İstintaq Bürosu tərəfindən aparılan araşdırmalar çərçivəsində İŞİD-lə əlaqədə olmaqda və münaqişə zonaları ilə əlaqə saxlamaqda şübhəli bilinən 4 İraq vətəndaşının saxlanıldığını açıqlayıb.

Bundan əlavə, FETÖ üzvülüyü ilə bağlı barələrində həbs qərarı verilmiş 6 nəfər də saxlanılıb.

Ankara Polis İdarəsi və Jandarma Komandanlığı qrupları şübhəlilərin və məhkumların Baş Prokurorluğa təhvil verilməsi prosesini davam etdirir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər