- 12:11
Türkiyənin Amasya şəhərində dini yığıncaqda kütləvi zəhərlənmə baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məclisdə iştirak edən qonaqlardan toyuqlu plov yeyən 22 nəfərin səhhətində narahatlıq müşahidə olunub.
Onlar zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib və müvafiq tibbi yardım göstərilib.
Hazırda həmin şəxslərin vəziyyətinin yaxşı olduğu və hadisə ilə bağlı araşdırma başlandığı bildirilib.
Şəbnəm Mehdizadə