- 12:11
Rusiyada terror aktı törətməyi planlaşdıran 18 yaşlı Çelyabinsk sakinini saxlayıb.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumat görə, təqsirləndirilən gənc Ukrayna xüsusi xidmət orqanlarının himayəsi altında fəaliyyət göstərən terror təşkilatının göstərişi ilə əldəqayırma partlayıcı qurğudan istifadə etməklə terror aktı törətməyi planlaşdırıb.
Onun yaşadığı ünvana baxış zamanı təxminən 1,5 kq kustar üsulla hazırlanmış güclü partlayıcı maddə, qanunsuz fəaliyyətini təsdiq edən Ukrayna dilində əlyazma qeydləri və rabitə vasitələri aşkar edilib.
Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib.
Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 205-ci maddəsinin 1-ci hissəsi (terror aktına cəhd), 222.1-ci maddəsinin 1-ci hissəsi (partlayıcı maddələrin və ya partlayıcı qurğuların qanunsuz əldə edilməsi, verilməsi, satışı, daşınması və ya saxlanması) və 223.1-ci maddəsinin 1-ci hissəsi (partlayıcı maddələrin qanunsuz hazırlanması) ilə cinayət işi açılıb.
Humay Eminqızı