İzmirdə küçələri su basdı - FOTO


  • 11:21

Türkiyənin İzmir şəhərində güclü yağış daşqınlara səbəb olub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, axşam saatlarında başlayan və fasilələrlə davam edən leysan yağış bəzi küçələrdə drenajların daşmasına səbəb olub.

Sürücülər və piyadalar hərəkət etməkdə çətinlik çəkiblər.

Ərazidəki çoxsaylı müəssisələr və bəzi binaların birinci mərtəbələri su altında qalıb. Müəssisə sahibləri, işçilər, bina sakinləri və bələdiyyə qrupları yığılan suyu boşaltmaq üçün çalışıblar.

Ərazidəki bir çox müəssisə bağlanıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər