- 12:11
ABŞ-nin Kolorado ştatında 30-dan çox nəqliyyat vasitəsinin iştirakı ilə baş verən zəncirvari qəzada ən azı 4 nəfər ölüb, 29 nəfər isə yaralanıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, qəza qum fırtınası nəticəsində baş verib.
Zəncirvari qəza nəticəsində bir neçə nəqliyyat vasitəsi yoldan çıxıb.
Hadisə yerinə çoxsaylı polis və təcili tibbi yardım qruplar göndərilib.
Kolorado Polisinin sözçüsü Brayan Lyons bildirib ki, qəza nəticəsində müxtəlif nəqliyyat vasitələrində olan 4 nəfər həyatını itirib.
Lyons həmçinin, 29 yaralının yaxınlıqdakı xəstəxanalara aparıldığını, qəzaya uğrayan yük maşınlarından birində isə 32 keçidən 4-nün tələf olduğunu açıqlayıb.
Kolorado polisinin sözçüsü, qəzanın qum fırtınasının yaratdığı görmə problemi nəticəsində baş verdiyini vurğulayaraq, "Hadisə zamanı görünürlük demək olar ki, sıfır idi" deyib.
Hazırda ətraflı araşdırma aparılır.
.png)
.png)
Şəbnəm Mehdizadə