- 13:11
Kiyev Belarus prezidenti Aleksandr Lukaşenkoya qarşı sanksiyalar tətbiq edib.
E-huquq.az xəbər verir ki, bu barədə Volodimir Zelenski “Telegram” hesabında bildirib.
Prezident izah edib ki, bu tədbir Belarusun Rusiya ilə əməkdaşlığı, konkret olaraq Rusiyanın “Oreşnik” raket kompleksinin onun ərazisində yerləşdirilməsi ilə bağlıdır.
Məlumata görə, sanksiyalar 10 il müddətinə tətbiq edilir.
Humay Eminqızı