Lavrov Kubanın xarici işlər naziri ilə danışıqlar aparacaq


  • 13:11

Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 18-də Moskvada kubalı həmkarı Bruno Rodriges Parrilla ilə görüşəcək.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat yayıb.

O bildirib ki, görüş bir neçə saatdan sonra baş tutacaq.

Zaxarova Kubanı Rusiyanın yaxın dostu və strateji tərəfdaşı adlandırıb.

Zaxarova xatırladıb ki, təxminən yetmiş ildir Kuba Birləşmiş Ştatların tətbiq etdiyi qeyri-qanuni iqtisadi, ticarət və maliyyə blokadası altında yaşayır və bu blokada Vaşinqtonun bu il yanvarın 3-də Venesueladakı hərbi əməliyyatından sonra daha da gücləndirilib.

“Kuba ilə bağlı Rusiyanın mövqeyi dəyişməz olaraq qalır”, - rəsmi nümayəndə bildirib.

Humay Eminqızı

Oxşar xəbərlər