- 10:29
Rusiyanın Perm vilayətində məktəblilər arasında bıçaqlı insident baş verib.
E-huquq.az xəbər verir ki, bu barədə regionun qubernatoru Dmitri Maxonin “Telegram”hesabında məlumat yayıb.
O bildirib ki, Aleksandrovsk şəhərinin 1 nömrəli orta məktəbində 7-ci sinif şagirdi həmyaşıdını bıçaqlayıb.
Xəsarət almış yeniyetmənin vəziyyəti ağır qiymətləndirilir.
Qubernatorun sözlərinə görə, sinfin digər şagirdlərinə mütəxəssislər psixoloji yardım göstərirlər.
Hadisə yerində hüquq-mühafizə orqanları işləyir.
Humay Eminqızı