İspaniya parlamenti bu qadağanı rədd etdi


  • 09:41

İspaniyada ictimai yerlərdə burka və üz örtüyünün qadağan edilməsini nəzərdə tutan qanun layihəsi İspaniya Nümayəndələr Palatası tərəfindən rədd edilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, qanun layihəsi ilə bağlı aparılan müzakirələr zamanı parlamentdə ciddi fikir ayrılığı yaradıb.

Bəziləri bu təşəbbüsü insan haqlarına zidd adlandırılıb.

Sənəd ictimai yerlərdə tam üz örtüyünü qadağan edir, lakin sağlamlıq və iş təhlükəsizliyi kimi hallarda istisnalar nəzərdə tutur.

Parlamentin bəzi üzvləri burkanı qadınları görünməz edən vasitə kimi qiymətləndirib. Layihədə konkret cərimə nəzərdə tutulmur. Lakin qaydanın pozulması itaətsizlik cinayəti sayılacaq.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər