- 11:19
Yunanıstan sığınacaq müraciətləri rədd edilən miqrantlar üçün Avropa İttifaqı (Aİ) xaricindəki ölkələrdə deportasiya mərkəzləri yaratmağa hazırlaşır.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yunanıstanın Miqrasiya və Sığınacaq naziri Thanos Pleuris məlumat verib.
Nazir bildirib ki, bu mərkəzlərin əsasən Afrikada yaradılması planlaşdırılır və Yunanıstan layihəni həyata keçirmək üçün Almaniya, Hollandiya, Avstriya və Danimarka ilə əməkdaşlıq edəcək.
Məsələ ilə bağlı 5 ölkənin nazirlərinin bir araya gəldiyi və texniki qrupların gələn həftə görüşəcəyi bildirilib.
Nazir bildirib ki, həmin mərkəzlər sığınacaq müraciətləri rədd edilən və vətənləri tərəfindən geri qəbul edilməyən şəxslər üçün istifadə olunacaq.
Hansı ölkələrin bu mərkəzlərə ev sahibliyi edəcəyi hələlik bəlli deyil, lakin əsas Avropa ölkələri namizəd ölkələrlə birbaşa danışıqlar aparacaq.
Yunanıstan onilliklər ərzində Yaxın Şərq, Afrika və Asiyadan olan miqrantlar üçün Avropaya əsas giriş nöqtələrindən biri olaraq qalır. Bununla belə, hökumət miqrasiya idarəçiliyi ilə bağlı getdikcə daha sərt mövqe nümayiş etdirir.
2025-ci ildə ölkəyə qanunsuz daxil olanların sayı əvvəlki illə müqayisədə 21 faiz (13 min nəfər) azalıb.
Son beş ayda qeyri-qanuni daxilolmalarda 40 faiz azalma qeydə alınıb.
Yunanıstan hər il təqribən 5000-dən 7000-ə qədər qayıdış qəbul edir, sığınacaq müraciətləri rədd edilənlərin sayı isə gələnlərin təxminən yarısı olduğu təxmin edilir.
Nazir Pleuris gələn həftə Romada italyan və ispaniyalı həmkarları ilə görüşəcək.
Şəbnəm Mehdizadə