Yaponiya XİN: Ölkənin Ukrayna üçün ümumi yardım həcmi 20 milyard dollar təşkil edir


  • 10:08

Yaponiyanın Ukrayna üçün bəyan etdiyi ümumi yardım həcmi 20 milyard ABŞ dolları təşkil edir.

E-huquq.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Toşimitsu Motegi bildirib.

“Yaponiya tərəfindən, ilk növbədə G7 ölkələri ilə əməkdaşlıq çərçivəsində görülən tədbirlərə gəldikdə, biz humanitar və maliyyə yardımı, eləcə də bərpa və yenidənqurma dəstəyi daxil olmaqla ümumilikdə 20 milyard dollar məbləğində yardım ayırdığımızı elan etmişik”, -Toşimitsu bildirib.

O əlavə edib ki, Tokio həmçinin zirehli jiletlər və özünümüdafiə qüvvələrinə məxsus nəqliyyat vasitələri kimi avadanlıqlar təqdim etməklə də yardım göstərir.

Humay Eminqızı

Oxşar xəbərlər