Fransada 1,2 milyon bank hesabının məlumatları oğurlandı


  • 10:29

Fransada cinayətkarlar təxminən 1,2 milyon bank hesabının məlumatlarını qanunsuz şəkildə əldə edib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransa İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, yanvar ayının sonundan bəri təxminən 1,2 milyon hesabın məlumatlarına daxil olaraq milli bank hesabı məlumat bazasına qanunsuz giriş əldə edilib.

Aparılan araşdırmalar nəticəsində, bu vəziyyətin məlumat bazasına daxil olmaq səlahiyyətinə malik olan dövlət məmurunun şəxsi məlumatlarının oğurlanması nəticəsində aşkar edilib.

Cinayətkarların hesab sahiblərinin şəxsi məlumatlarına o cümlədən şəxsiyyət, ünvan və vergi identifikasiya nömrələrinə çıxış əldə etdikləri bildirilir.

Bildirilib ki, hesab sahibləri vəziyyətlə bağlı məlumatlandırılacaq, oxşar hadisələrin qarşısının alınması və təhlükəsizlik sistemlərinin gücləndirilməsi üçün lazımi tədbirlər görüləcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər