Buzlaqlar sürətlə əriyir - Yaşayış məntəqələri TƏHLÜKƏDƏ


  • 10:45

Dünyada buzlaqların əriməsi onların sürətlə irəliləməsinə səbəb olur.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu proses yaşayış məntəqələri üçün ciddi formalaşdırır.

Alimlər 3000-dən çox buzlağı araşdırıb. Məlum olub ki, bu sürətlənmə, buzun altında suyun yığılması və sürtünmənin azalması nəticəsində yaranır.

Buzlaqların sürətlə irəliləməsi, buz itkisini azaltmır, əksinə, bu prosesin sürətini artırır. Buz kütlələri çayların məcralarını bağlayaraq süni göllər yaradır və bu göllər qəfil boşaldıqda, daşqınlara səbəb olur. Məsələn, Şisper buzlağının yaratdığı daşqınlar Pakistan və Çin arasındakı strateji yollara ciddi ziyan vurub.

Dünyadakı buzlaqların yalnız 1 faizi bu xüsusiyyəti nümayiş etdirsə də, həmin buzlaqlar ümumi buzlaq sahəsinin 16%-ni təşkil edir. İqlim istiləşdikcə, bu hadisə daha çox bölgədə gözlənilməz hala gəlir və gələcəkdə Antarktida kimi bölgələrdə də müşahidə oluna bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər