- 12:55
Polşanın göyərçinləri ilə məşhur olan turizm şəhəri Krakovda maraqlı qərar qəbul edilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Krakov şəhərində göyərçinlərin sayının artmasının qarşısını almaq və ümumi rifahı yaxşılaşdırmaq üçün onların çoxalmasına nəzarət ediləcək.
Krakov Bələdiyyəsi Dzikusy Salamandry Fondu və müxtəlif elmi-tədqiqat qrupları ilə əməkdaşlıq edərək pilot artım nəzarəti proqramına start verib.
Şəhər Şurasının sözçüsü Sabina Yaneçko bildirib ki, proqramın məqsədi göyərçinlərin ümumi vəziyyətini yaxşılaşdırmaq və onların həddindən artıq populyasiyasının artması nəticəsində yaranan xəstəlik və qida çatışmazlığını azaltmaqdır.
Yaneçko pilot proqramın uzunmüddətli, lakin təhlükəsiz bir proses olduğunu bildirib.
Dzikusy Salamandry Fondunun baytar həkimi Przemyslaw Baran bildirib ki, hər gün onlarla yaralı və ya baxımsız göyərçin klinikalara gətirilir. O, əlavə edib ki, buna görə də problemi sistemli şəkildə həll etməkdə qərarlıdırlar.
Şəbnəm Mehdizadə