Məzmuna keç

İsveç Dünya Bankına Ukrayna üçün 276,8 milyon dollar kredit üçün zəmanət verəcək

İsveç Ukraynaya əlavə büdcə dəstəyi üçün Dünya Bankına 2,5 milyard kron (276,80 milyon dollar) kredit üçün zəmanət vermək niyyətindədir.

E-huquq.az xəbər verir ki, bu barədə İsveç hökuməti məlumat yayıb.

"Ukraynanın maliyyə problemlərini həll etmək üçün beynəlxalq ictimaiyyətdən əlavə dəstək lazımdır. Ukraynanın 2026-cı ilin birinci rübünün sonuna qədər təcili maliyyə ehtiyaclarını qarşılamaq üçün hökumət, Dünya Bankına zəmanət təqdim etməyi planlaşdırır ki, bu da Ukraynaya təxminən 2,5 milyard kron məbləğində kredit verilməsinə imkan yaradacaq", – məlumatda bildirilib.

İsveçin zəmanətləri, Dünya Bankının PEACE yardım proqramı çərçivəsində kredit əldə etməyə imkan verəcək. Bu, Ukraynanın dövlət büdcəsindən sosial və humanitar xərclərini kompensasiya edəcək.

2022-ci ilin fevral ayından bəri İsveçin Ukraynaya verdiyi hərbi və humanitar yardımların həcmi 114 milyard kron təşkil edib.

Humay Eminqızı