- 12:55
Nigeriyanın Plateau əyalətində qeyri-qanuni fəaliyyət göstərən mədəndə partlayış olub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində 37 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
Yaralılar yeraltından çıxarılaraq yaxınlıqdakı tibb məntəqələrinə çatdırılıb.
İlkin ehtimallara görə, partlayışa səbəb qaz sızması olub
Partlayışla bağlı araşdırmalar aparılır.
Şəbnəm Mehdizadə