ABŞ-də qar uçqunu nəticəsində 8 xizəkçi ölüb


  • 12:06

ABŞ-nin Kaliforniya ştatında qar uçqunu nəticəsində itkin düşən 8 xizəkçinin cəsədi aşkarlanıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, rəsmilər xizək qrupunun 15 nəfərdən ibarət olduğunu bildirib. Onlardan 6-sı sağ qalıb. Bir xizəkçinin axtarış xilasetmə işləri davam edir.

Əhaliyə qar uçqunu riskinin yüksək olaraq qaldığı barədə xəbərdarlıq edilib.

Xatırladaq ki, ABŞ-nin Kaliforniya ştatında, Taho gölü yaxınlığında baş verən qar uçqunu nəticəsində 10 xizəkçinin itkin düşdüyü barədə məlumat verilmişdi.

Qeyd edək ki, ABŞ-də hər qış qar uçqunları səbəbindən 25-30 nəfər ölür.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər