- 12:06
Pakistanın paytaxtı Kəraçidə yaşayış binasının qaz çəni partlayıb.
E-huquq.az xəbər verir ki, bu barədə “The Express Tribune” məlumat yayıb.
Hadisə nəticəsində azı 15 nəfər ölüb, 13 nəfər yaralanıb.
Güclü partlayış binanın damının uçmasına səbəb olub.
Dağıntılar altında qalanların axtarış-xilasetmə işləri davam edir.
Humay Emnqızı