- 19:32
ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə sülhün bərqərar olduğunu bəyan edib.
E-huquq.az xəbər verir ki, Tramp bunu Vaşinqtonda Qəzza üzrə Sülh Şurasının ilk iclasında bəyan edib.
"İsrailə gəldikdə isə, biz ən vacib işi gördük. İndi Yaxın Şərqdə sülh hökm sürür. Bu, bir çoxlarının mümkün hesab etdiyindən daha böyükdür. Deyirdilər ki, bu mümkün deyil. 3000 ildir Yaxın Şərqdən danışırlar - və deyirdilər ki, bu, mümkün deyil", - o bildirib.