Donald Tramp: Azərbaycan və bir sıra ölkələr Sülh Şurasına 7 milyard dollar vəsait yatırıb


  • 19:32

Azərbaycan və bir sıra ölkələr Qəzza üzrə Sülh Şurasının büdcəsinə ümumilikdə 7 milyard ABŞ dollarından çox vəsait yatırıblar.

E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında bildirib.

"Və bu gün məmnuniyyətlə bildirirəm ki, Qazaxıstan, Azərbaycan, BƏƏ, Mərakeş, Bəhreyn, Qatar, Səudiyyə Ərəbistanı, Özbəkistan və Küveyt yardım paketinə 7 milyard ABŞ dollarından çox vəsait yatırıb. Bu möhtəşəmdir. Sizə təşəkkür edirəm, cənablar", – Tramp deyib.

Mənbə: Report

Oxşar xəbərlər