- 19 Fevral 21:07
ABŞ Prezidenti Donald Tramp Ukraynadakı vəziyyətlə əlaqədar əvvəllər Rusiyaya qarşı tətbiq edilən bir sıra sanksiyaları bir il müddətinə uzadıb.
E-huquq.az xəbər verir ki, bu, Federal Reyestrdə təqdim edilən bildirişdə öz əksini tapıb.
Məlumata görə, uzadılma, ABŞ-ın 46-cı Prezidenti Co Baydenin administrasiyası tərəfindən 2022-ci ilin fevral ayında, Tramp administrasiyası tərəfindən 2018-ci ilin sentyabr ayında (birinci səlahiyyət müddəti ərzində) və ABŞ-ın 44-cü prezidenti Barak Obamanın administrasiyası tərəfindən 2014-cü ilin mart və dekabr aylarında Krımla bağlı Rusiyaya qarşı tətbiq edilən məhdudiyyətlərə aiddir.
Tramp hesab edir ki, bütün bu məhdudlaşdırıcı tədbirlər 6 mart 2026-cı ildən sonra da qüvvədə qalmalıdır.