Rusiyada turistləri daşıyan avtomobil batdı


  • 14:42

Rusiyanın İrkutsk vilayətində 8 çinli turist Baykal gölündə buz səthinin qırılması nəticəsində gölə düşüb.

E-huquq.az Rusiya KİV-ə istinadən xəbər verir ki, çinli turistlər ekskursiyaya gedərkən gölün üzərindəki buz çatlayıb. Bunun fərqinə varmayan turistlər yollarına davam ediblər. Nəticədə buz qırılıb və onların idarə etdiyi avtomobil batıb.

Məlumata görə, avtomobildə 9 nəfər olub, onlardan yalnız biri xilas ola bilib, 8 nəfərin axtarışları isə davam edir.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 238-ci maddəsinin 3-cü hissəsi (səhlənkarlıq nəticəsində iki və ya daha çox şəxsin ölümünə səbəb olan təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi) ilə cinayət işi açıb.

Humay Eminqızı

Oxşar xəbərlər