- 16:45
Litva Daxili İşlər Nazirliyi rusiyalı repçi Gio Pikaya (əsl adı - Georgi Djioyev) ölkəyə giriş qadağası qoyub.
E-huquq.az xəbər verir ki, bu barədə milli ictimai yayım şirkəti “LRT” teleqram hesabında yazıb.
Qadağanın 2031-ci il fevralın 19-dək qüvvədə olacağı bildirilib.
Djioyev martın 21-də Vilnüsdə konsert verməyi planlaşdırırdı.Şəhərin meri Valdas Benkunskas reperin xüsusi hərbi əməliyyat başlayandan bəri Rusiyada azı 7 konsert verdiyini əsas gətirərək onun ölkəyə girişinin qadağan edilməsini istəyib.
Qeyd olunur ki, Daxili İşlər Nazirliyi Litva Xarici İşlər Nazirliyinin rəhbəri Kestutis Budrisin müraciətini nəzərə alaraq müvafiq qərar qəbul edib.
Humay Eminqızı