Ukrayna Bryanskda xəstəxanaya hücum etdi


  • 16:45

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Bryansk vilayətinin Starodubski bələdiyyə rayonunun Voronok kəndindəki xəstəxanaya hücum edib.

E-huquq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə qubernator Aleksandr Boqomaz öz “Telegram” hesabında məlumat verib.

Hadisə nəticəsində xəstəxana binası zədələnib, təcili yardım maşını isə məhv edilib.

Hücum nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, fevralın 19-dan 20-nə keçən gecə Ukrayna 149 pilotsuz uçuş aparatı ilə Rusiyanın regionlarına zərbələr endirməyə cəhd edib. Hücumlar Bryansk, Rostov və Belqorod vilayətləri, həmçinin Krım Respublikası və Krasnodar diyarını hədəf alıb.

Humay Eminqızı

Oxşar xəbərlər