- 17:48
“Bu gün Polşa rəsmi olaraq Ottava Konvensiyasından çıxıb. Bu, bizə piyadaya qarşı minaların istehsalını qurmaq, onları Polşa ordusunun silah arsenalına daxil etmək, hərbçilərin təliminə başlamaq imkanı verəcək”.
E-huquq.az xəbər verir ki, bunu Polşa, Fransa, Almaniya, Böyük Britaniya və İtaliyanın müdafiə nazirlərinin Krakovda keçirilən görüşündən sonra Respublika Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosinyak-Kamış deyib.
O bildirib ki, bu hal minalardan istifadə etmək istəyi yaratmayacaq: “Polşa piyada əleyhinə minalardan istifadə etmək istəmir, lakin təhlükə yaranarsa bunu etmək imkanı olacaq”.
Humay Eminqızı