Məzmuna keç

Donald Tramp martın 31-də Çinə səfər etməyi planlaşdırır

ABŞ prezidenti Donald Trump martın 31-dən aprelin 2-dək Çinə üçgünlük səfər etməyi planlaşdırır.

E-huquq.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Ağ Ev nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, səfər proqramına ABŞ liderinin Çin Xalq Respublikasının sədri Si Cinpin ilə ikitərəfli danışıqları daxil ediləcək.