- 12:25
Türkiyənin Yalova şəhərində qonşular arasında çörək növbəsinə görə insident baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Yalovanın Çınarcık rayonunda aralarında uzun müddətdir ədavət olan iki qonşu çörək növbəsi üstündə mübahisə edib.
Mübahisə davaya çevrilib və qonşulardan biri digərinə və onun 14 aylıq qızına odun parçası ilə hücum edib.
Hadisə ilə bağlı jandarmaya məlumat verilib.
Zərərçəkmişlər Yalova Xəstəxanasına aparılıb.
Hadisəni törədən şəxs saxlanılıb.
Şübhəlinin zərərçəkmiş şəxsə daha əvvəl evindən köçməsi ilə bağlı təzyiq göstərdiyi və haqqında mühafizə orderi alındığı məlum olub.
Ədliyyə Naziri Akın Gürlek hadisə ilə bağlı araşdırma aparıldığını bildirib.
Şəbnəm Mehdizadə