- 12:25
Türkiyənin Ərzurum vilayətində güclü qar bəzi fəsadlar törədib.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ərzurumun Yakutiye, Palandöken və Əziziyyə rayonlarında yağan qar yolların buz bağlamasına səbəb olub.
Şaxtalı və qarlı hava nəqliyyatın hərəkətində bir sıra çətinliklər yaradıb.
Əruzurum valiliyi şaxta və buzlanma riski ilə əlaqədar sözügedən ərazilərdə məktəblərin bir günlük bağlandığını açıqlayıb.
Şəbnəm Mehdizadə