- 12:25
Meksikada ölkənin ən böyük cinayət təşkilatlarından birinə böyük zərbə endirilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Meksika ordusunun Xalisko əyalətində keçirdiyi əməliyyat əməliyyatda “El Menço” ləqəbi ilə tanınan "Halisco New Generation" kartelinin lideri öldürülüb.
Əməliyyatdan sonra kartel üzvləri ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaranıb. Avtomobillər və müəssisələr yandırılıb, bir çox şəhərlərdə yollar bağlanıb.
Qarşıdurma zamanı 4 kartel üzvünün öldürüldüyü, 2-nin saxlanıldığı, 3 əsgərin isə yaralandığı açıqlanıb.
Cinayətkar təşkilatın üzvləri həmçinin Qvadalaxara Beynəlxalq Hava Limanına hücum ediblər. Hava limanında atışma baş verib.
Kartel üzvlərinin törətdiyi zorakılıqlara görə çoxsaylı ştatlara hərbi hissələr yerləşdirilib.
Meksika prezidenti Klaudiya Şeynbaum baş verənlərlə bağlı əhaliyə çağırış edib.
Prezident əhalidən evdə qalmalarını tələb edib.
Ölkədə ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb və küçələr boşaldılıb.
Şəbnəm Mehdizadə