- 13:58
ABŞ-nin şimal-şərqində güclü qar və fırtına gözlənilir.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, fırtınanın bu gecə başlayacağı və bəzi bölgələrdə saatda 5 santimetrə qədər qar yağacağı proqnoz edilir.
Nyu-Yorkda qarın qalınlığının 71 sm olacağı gözlənilir.
Nyu-York Bələdiyyə Başçısı Zöhran Mamdani sakinləri evdə qalmağa çağırıb.
O, həmçinin fırtınaya hazırlıq üçün 100-dən çox küçədə duzlama işlərinin başlandığını açıqlayıb.
Kəskin hava şəraiti ilə bağlı ölkənin bəzi ştatlarında fövqəladə vəziyyət elan ediləcəyi istisna edilmir.
Şəbnəm Mehdizadə